Bir müddətdir depressiyada olan keçmiş model Monica McDermott 12 yaşlı oğlu tərəfindən ölü halda tapılıb.
İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Monica McDermott məşhurluq həyatının geridə qalmasından sonra depressiya və stresdən xilas olmaq üçün içkiyə qurşanıbmış.
Ancaq spirtli içki yenə çarə olmayıb və Monica McDermott dekabrda 12 yaşlı oğlu əlindəki şampan şüşəsini alınca, otağına keçib özünü asıb. Oğlu təcili yardım çağırsa da, McDermottun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə tibbi ekspertizanın hesabatı açıqlanıb. Hesabata görə, keçmiş model Monica McDermottun, əslində, özünü öldürmək məqsədinin olmadığı qeyd edilib.
İcmal.Az