“Microsoft” və “Alphabet”in xalis mənfəəti azalıb

OXUNUB: 473 Texnologiya Özəl DÜNYA
ABŞ-ın texnologiya şirkətləri "Microsoft” və "Google”un ana şirkəti "Alphabet”in xalis mənfəəti iyul-sentyabr aylarında azalıb.

7NEWS.az xəbər verir ki, İyul-sentyabr dövrünü maliyyə təqvimində birinci rüb kimi qəbul edən "Microsoft” balans hesabatını açıqladı. Müvafiq olaraq, şirkətin gəlirləri iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 11 artaraq 50,1 milyard dollara çatıb. Microsoft 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə eyni dövrdə yüzdə 14 azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olub. "Microsoft”un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.

7NEWS.az

RƏYLƏR