NASA-nın “Artemis I” missiyası qasırğa səbəbindən yenidən təxirə salınıb

OXUNUB: 215 Özəl DÜNYA
NASA-nın dünən Aya atmağı planlaşdırdığı yeni raketin Floridanı təhdid edən Nikol qasırğası səbəbindən yenidən təxirə salınmasına qərar verilib.

7NEWS.az xəbər verir ki, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) SLS-Orion kosmik gəmisi "Artemis I" meqa raketinin ilkin olaraq avqust ayında buraxılması planlaşdırılan, lakin fırtınalı hava və şimşək çaxması səbəbindən gecikən üçüncü sınağı da tropik fırtınalar səbəbindən təxirə salınıb.

NASA, bir neçə gündən sonra Florida sahillərini vuracağı gözlənilən Nikol qasırğası səbəbindən raketin buraxılışını çərşənbə gününə təxirə saldığını açıqladı. Buraxılış avqustda texniki çətinliklər və sentyabrda İan qasırğası səbəbindən təxirə salınmışdı. Yeni raket 1972-ci ildə "Apollon 17” raketindən sonra NASA-nın onu Aya göndərmək üçün ikinci cəhdi olacaq.

7NEWS.az

RƏYLƏR