Nigeriyada “Boko Haram”ın 59 üzvü zərərsizləşdirilib

OXUNUB: 247 Özəl DÜNYA
 

7NEWS.az xəbər verir ki, Müdafiə Nazirliyinin media əməliyyatları direktoru Musa Danmadami açıqlamasında bildirib ki, ordu oktyabrın 20-dən noyabrın 2-dək Borno əyalətinin müxtəlif bölgələrində terrorçulara qarşı əməliyyatlar keçirib. Danmadami əməliyyatlar zamanı 59 Boko Haram üzvünün öldürüldüyünü, 27 terrorçunun isə ələ keçirildiyini qeyd edib. Əməliyyatlarda 145 terrorçunun ailələri ilə birlikdə təslim olduğunu qeyd edən Danmadami terrorçulara məxsus 7 silah, 3 əl qumbarası, 16 motosiklet və mühüm sursatların da ələ keçirildiyini bildirib.

7NEWS.az

RƏYLƏR