Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər həyatını itirib

OXUNUB: 231 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Nigeriyanın Plato əyalətinin Maykatako bölgəsində motosikletli silahlı şəxslər hücum ediblər. Hücum zamanı 18 nəfər həyatını itirib və çoxlu sayda insan yaralanıb. Polisin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alfred Alabo verdiyi açıqlamada yaralıların xəstəxanaya aparıldığını və hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib. Son zamanlar ölkədə silahlı şəxslərin motosikletlərə hücumları səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.

7NEWS.az

RƏYLƏR