Nizaminin yeni başçısı “qulağının dibində” ağac qətliamını görmür? – Fotolar

OXUNUB: 500 SOSİAL HADİSƏ
Bakının Nizami rayonuna yeni icra başçısı təyin olunan Coşqun Cəbrayılov sələfi Arif Qasımovdan geri qalmır, əksinə, onun estafetini davam etdirir. Belə ki, icra başçısı İH binasının düz 300 metrliyində yaşıllıqların hasarlanıb məhvinə hazırlıq görülməsini görməzdən gəlir.  Nizami rayonu, Şərifli küçəsi 25 ünvanında böyük bir meşəlik mühasirəyə alınıb və ağacların kütləvi şəkildə kəsilməsi üçün hücum planı hazırlanıb. Bunun bir ekoloji cinayət olduğunu bilən C. Cəbrayılov nədənsə kabinetindən 300 metr aralıda yaşıllığın qətliamını görmür. Belə nəticə çıxır ki, ya həmin yeri icra başçısı satıb, ya şəhər meri Eldar Əzizov ağacların qətlinə fərman verib. Deyəsən, Nizami rayonunda sabiq başçı Arif Qasımovun törətdiyi ağac cinayətləri və buna görə Prezident tərəfindən ağır şəkildə cəzalanması yeni başçıya dərs olmayıb. Hazırda fotolardan da görünür ki, Şərifli 25 ünvanında növbəti ağac soyqırımı reallaşmaqdadır. Ona görə aidiyyatı qurumlar təcili surətdə məsələyə gec olmadan müdaxilə etməli, hasarı sökdürməlidir./Reportyor.info
 

RƏYLƏR