Norveç səfiri bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

OXUNUB: 188 Özəl DÜNYA
Norveçin Rusiyadakı səfiri Robert Kvile Rusiya vətəndaşlarının Norveçdə həbs olunması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

7NEWS.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Norveçin Rusiyadakı səfiri Robert Kvile Norveçdə Rusiya vətəndaşlarının həbsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu cür tətbiqlərin qəbuledilməz olduğu bildirilən etiraz notası təqdim edilib.

Qurumun açıqlamasında, "Son aylarda pilotsuz uçuş aparatlarından qeyri-qanuni istifadə iddiası ilə Rusiya vətəndaşlarının saxlanılması və mühakimə olunması ilə əlaqədar olaraq, Norveçin Moskvadakı səfiri Robert Kvile noyabrın 28-də nazirliyə çağırılıb və ona məlumat verilib. Bu təcrübə qəbuledilməzdir”.

Ruslara qarşı məhkəmə qərarlarının "siyasi motivli” olduğuna diqqət çəkən bəyanatda Norveç hakimiyyətini millətçilik zəminində "bu cür anti-Rusiya hərəkətlərindən” və "Rusiya vətəndaşlarına qarşı təqiblərdən” əl çəkməyə çağırılıb.

7NEWS.az

RƏYLƏR