Norveçdə neonasistləri dəstəkləyən nümayişdə 35 nəfər SAXLANILIB

OXUNUB: 190 Özəl DÜNYA
Norveçin paytaxtı Osloda neonasist qruplaşmasının icazəsiz nümayişi zamanı 35 nəfər saxlanılıb.

7NEWS.az xəbər verir ki, Oslo polisi nasist tərəfdarı nümayişçilərin parlamentdən lazımi icazə almadan paytaxtda etiraz aksiyası keçirdikləri üçün saxlanıldığını açıqlayıb. Oslo polisinin sosial media hesabından verdiyi açıqlamada, "Qrup üzvləri nümayiş icazəsi almadıqları və polisin dağılış xəbərdarlığına əməl etmədikləri səbəbi ilə saxlanılıb". 

Digər tərəfdən, Norveç dövlət televiziyası "NRK” bir qrup sol təmayüllü fəalın da ifrat sağçı qrupun təşkil etdiyi aksiyaya reaksiya vermək üçün eyni bölgəyə getdiyini və polisin hücumun qarşısını almaq üçün barrikadalar qurduğunu bildirib. 

7NEWS.az

RƏYLƏR