"Olympus Park"ın layihə rəhbərli Vüqar Fərəcli jurnalisti ölümlə hədələdi: NAZİRƏ MÜRACİƏT (FOTO)

OXUNUB: 73 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İlkin Muradov məluçat verib. Onun sözlərinə görə təhdidlə bağlı artıq Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət də edilib: "Bu adamın və onun kimilərinin əməllərindən daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət etdim. Geniş şəkildə baş verənləri qeyd etdim. 
Əldə etdiyim məlumata görə, bu şəxs "Olympus Park"ın işlərinə nəzarət edən idmançı Rafael Qarayevin dayısı oğlu Vüqar Fərəclidir. Vüqar Fərəcli şirkətin 28 May layihəsinə nəzarət edən şəxslərdən biridir. "Olympus Park"ın 4-5 məhkəmə işi ilə bağlı yazdığım araşdırma yazıdan sonra bu adam ortaya çıxdı. Mərhum həmkarımız Rasim Əliyevlə bağlı etdiyim paylaşımın altına yazıb ki, sənə də həmin yumruqdan lazımdır. Onun bu yazdığı zərrə qədər də məni qorxutmur. Sadəcə mən ona qəzəblənirəm ki, bunlar özünü nə hesab edirlər? Cənab nazirə müraciətdə məsələni şəxsiləşdirmədim. Qeyd etdim ki, bu günə qədər Vüqar Fərəcli və şirkətin bir qrup idmançısı söküntü işlərində vətəndaşlara zor tətbiq edir, fiziki güc tətbiq edirlər. Vətəndaşın haqlı olduğunu göstərən məhkəmə qərarları var. Amma bunlara öz yerlərini göstərən yoxdur. Lakin bu belə davam etməyəcək..."

RƏYLƏR