Pakistanda məscidə bombalı hücum: 28 ÖLÜ

OXUNUB: 404
7NEWS.az xəbər verir ki, Şəhərin Polis Xəttləri ərazisindəki məscidə günorta namazı vaxtı intiharçı hücumu həyata keçirilib. İlkin məlumata görə, hücumda aralarında polislər də daxil olmaqla 28 nəfər həyatını itirib, 150-dən çox adam yaralanıb. Yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirən səlahiyyətlilər, ölənlərin sayının artacağından narahatdırlar. Partlayış nəticəsində məscidə, eləcə də ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib. Sosial mediada əks olunan görüntülərdə partlayış nəticəsində məscidin böyük hissəsinin dağıldığı görülüb. Ərazidə axtarış-xilasetmə işləri davam edir. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

7NEWS.az

RƏYLƏR