Pakistanın keçmiş baş naziri Xanın partiyası ölkə boyu etiraz aksiyası keçirməyə qərar verib

OXUNUB: 323 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan növbədənkənar seçkilər üçün tərəfdarları ilə birlikdə karvan təşkil edərək oktyabrın 28-də paytaxt İslabamada yola düşüb. Dünən Pəncab əyalətinin Vəzirabad şəhəri yaxınlığında naməlum hücumçu konvoya atəş açıb və Xan ayağından xəsarət alıb. Hücumun əks-sədaları ölkədə davam edərkən, Xanın partiyası Pakistan Ədalət Hərəkatı (PTI) ölkə daxilində etiraz aksiyası keçirməyə qərar verdiyini açıqlayıb. Xanın səhhətinin vəziyyəti ilə bağlı partiyadan verilən açıqlamada onun vəziyyətinin stabil olduğu bildirilib.

7NEWS.az

RƏYLƏR