

"Park Yasamal” layihəsində mənzil sahibi olmaq üçün müxtəlif satış şərtləri mövcuddur. Mənzillər 36 ayadək daxili kreditlə, 20 ilədək ipoteka krediti ilə, eləcə də dövlət ipotekası vasitəsilə əldə edilə bilər. Bundan əlavə, şirkətin təqdim etdiyi "Evini hissə-hissə al”modeli alıcılara faizsiz və aylıq öhdəliksiz şəkildə mənzil sahibi olmaq imkanı yaradır.
Kompleksdə, həmçinin kompleks həyat mühiti formalaşdırılır. Ərazidə göl ətrafı istirahət zonaları, futbol meydançası, geniş və yaşıl park, özəl uşaq bağçası mövcuddur. Təhlükəsizlik 24/7 kamera nəzarət sistemi ilə təmin edilir, avtomobillər üçün isə geniş və təhlükəsiz dayanacaq nəzərdə tutulub. Eyni zamanda, uzun illər "Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında planlaşdırılan genişmiqyaslı abadlaşdırma işləri nəticəsində burada müasir şəhər parkı yaradılacaq ki, bu da ərazinin ümumi dəyərini və cəlbediciliyini artıracaq.

Mənzillər yüksək keyfiyyət standartlarına uyğun inşa olunur. Səs və istilik izolyasiyası təmin edilir, təmirdə Avropa brendlərinin materiallarından istifadə olunur və mənzillər sakinlərə tam təmirli, bütün kommunal xidmətlərlə birlikdə təhvil verilir.
2003-cü ildən fəaliyyət göstərən "Kristal” şirkətinin həyata keçirdiyi "Park Yasamal” layihəsi uzunmüddətli təcrübəyə və etibarlı tikinti prinsiplərinə əsaslanır ki, bu da alıcılar üçün əlavə güvən yaradır.

Mənzil satışlarının aktiv şəkildə davam etdiyi bu layihədə ev və ya investisiya sahibi olmaq istəyənlər layihə ərazisində yerləşən satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ətraflı: *1544
























