Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze partlayış törədib.
İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, "Tolo News” telekanalı partlayış nəticəsində təhlükəsizlik xidmətinin ən azı 4 əməkdaşının öldüyünü bildirib.
Polisin məlumatına görə, daha 5 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.
İcmal.Az