Bakıda mənzildən meyit tapılıb.
İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyən edilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İcmal.Az