Paytaxtın bu rayonlarında qaz olmayacaq

OXUNUB: 463 SOSİAL

Bakının Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İstehsalat Birliyindən İcmal.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 27-də, saat 10:00-dan Nəsimi rayonunun Tibilisi prospekti və 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də, Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. 

İcmal.Az

RƏYLƏR