Polşa Almaniyadan müharibə təzminatını yenidən tələb etdi

OXUNUB: 177 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşanın baş naziri Mateusz Morawiecki Almaniyadan İkinci Dünya müharibəsi zamanı ölkəsinə dəymiş ziyanı kompensasiya etməsi tələbini bir daha təkrarlayıb. 

Morawiecki, Almaniyanın "Spiegel" jurnalı üçün yazdığı məqalədə Almaniyanın Polşaya hücumu və 6 illik işğalın vurduğu yaraların indiyə qədər sağalmadığını bildirib. 

Alman işğalçılarının İkinci Dünya müharibəsində Polşanı tamamilə məhv etməyi hədəflədiklərini ifadə edən Morawiecki, İkinci Dünya Müharibəsi zamanı Polşada 5,5 milyon insanın öldüyünü və ya itkin düşdüyünü, onlardan 21 faizinin 10 yaşından kiçik uşaqlar olduğunu bildirib. 

7NEWS.az

RƏYLƏR