Polşa Almaniyadan nasistlərin işğalına görə təzminat TƏLƏB EDƏCƏK

OXUNUB: 345 Özəl DÜNYA
Polşa baş nazirinin müavini Yaroslav Kaçinski Almaniyadan İkinci Dünya Müharibəsi zamanı faşist işğalına görə 1,3 trilyon dollar təzminat tələb edəcəklərini bildirib.

7NEWS.az xəbər verir ki, Polşada İkinci Dünya Müharibəsində nasistlərin işğalı və qırğınları ilə bağlı müzakirələr davam edir. Polşa baş nazirinin müavini, hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski nasistlərin Polşaya hücumunun 83-cü ildönümündə ölkə ərazisində törədilən cinayətlər haqqında hesabat açıqlayıb. Kaçinski hesabatın təqdimatında Berlindən 1,3 trilyon dollar təzminat tələb edəcəklərini bildirib.

7NEWS.az

RƏYLƏR