Polşada qəbirdən qızıl saat və qalstuk oğurlandı

OXUNUB: 150 Özəl DÜNYA
Polşada oğrular brilyant qaşlı qızıl saat və qızıl qalstuk klipi ilə basdırılan şəxsin məzarını açıb, oradan 47 min zloti (təxminən 10 min avro) dəyərində saat və qalstuk klipi oğurlayıblar.

7NEWS.az xəbər verir ki, Polşanın Lodz şəhərində qəbiristanlıqda maraqlı oğurluq hadisəsi baş verib. Ötən aylarda həyatını itirən şəxs ailəsinin istəyi ilə 40 min zloti dəyərində brilyant işləməli qızıl saat və 7 min zloti dəyərində brilyant işləməli qızıl qalstuk sancağı ilə dəfn edilib. Məzar daşının götürüldüyünü və sözügedən qiymətli əşyaların oğurlandığını bilən ailə polisə müraciət edib. Polis hadisə ilə bağlı araşdırma başlatarkən, ailə oğrunu xəbər verənə 30 min (təxminən 6 min 400 avro) zloti mükafat verəcəklərini açıqlayıb.

Polşa qanunlarına görə, qəbir oğruları 6 aydan 8 ilə qədər həbs cəzası ilə mühakimə olunur.

7NEWS.az

RƏYLƏR