7NEWS.az xəbər verir ki, bu gün səhər Polşanın cənubundakı Katovitse şəhərindəki binada təbii qaz partlayışı baş verib. Biskup Herbert Bednorz küçəsindəki bina partlayış nəticəsində dağılıb. Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri xəsarətlə dağıntılar altından çıxarıblar. Tibb briqadaları tərəfindən bina sakinlərinə ilkin tibbi yardım göstərilərkən, bədənində ağır yanıq xəsarətləri alan şəxs Siemianowice Slaskie Yanıq Xəstəlikləri Xəstəxanasına çatdırılıb. Dağıntılar altında daha 3-4 nəfərin ola biləcəyi barədə məlumat alan axtarış-xilasetmə qrupları itlər və xüsusi texnika ilə hadisə yerində axtarışları davam etdirir.
7NEWS.az