Portuqaliya "qızıl viza" proqramını dayandırdı

OXUNUB: 265 Özəl DÜNYA
Portuqaliya hökuməti varlı əcnəbilərə ölkədə qalmaq hüququ verən "qızıl viza” proqramını dayandırmaq qərarına gəlib.

7NEWS.az xəbər verir ki, Portuqaliyanın Baş naziri Antonio Kosta ölkəsinin varlı əcnəbilərə yaşayış icazəsi verən "qızıl viza” proqramını dayandıracağını və 10 illik planın artıq öz rolunu yerinə yetirdiyini bildirib.
Avropanın ən böyük texnologiya tədbiri olan Lissabonda keçirilən Veb Sammitində açıqlamalar verən Kosta, təklif edilən müxtəlif viza proqramlarının yenidən qiymətləndirildiyini və qızıl vizanın da bunlar arasında olduğunu qeyd etdi.

7NEWS.az

RƏYLƏR