Prezident "Tərtər işi"ni nəzarətə götürdü - Gözlər Xanlar Vəliyevdə

OXUNUB: 337 Özəl GÜNDƏM HADİSƏ
Azərbaycan Baş Prokurorluğunda "Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.


İllərdi bu məsələ ciddi ictimai narazılıq yaratsa d, orada baş verən vəhşiliklərə görə əsas şəxslərin cəzalandırılmaması deyilsə də, aidiyyəti qurumlar bunu görməzdən gəlirdilər. Hətta bir müddət əvvəl "Tərtər işi” ilə bağlı cinayət işinin yekunlaşdığı və səsləndirilən ittihamların heç bir əsasının olmadığını bildirilmişdi.

Hərbi prokuror Xanlar Vəliyev məsələ yekunlaşdığını, ittihamların nağıl olduğunu qeyd etmişdi..


Bu açıqlamadan qısa müddət sonra işlə bağlı xüsusi istintaq qrupu yaradılması nələrdən xəbər verir? Bu prosesdə kimlər cəzalanacaq?

Məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi-ekspert Şair Ramaldanov Bakupost.az -a bildirib ki, bu məsələni kimlər qaldırırsa, bəlkə də əlində yeni məlumatlar var və onu təqdim edəcəklər:



"Düşünürəm ki, Tərtər hadisələri indiyə kimi insanları narahat etdiyi üçün prokurorluqda bu məsələyə diqqət mənasında istintaq qrupu yaradıb. Ola bilsin ki, yeni məlumatlar ortaya çıxıb. Bu, məsələni kimlər qaldırırsa, bəlkə də əlində yeni məlumatlar var və onu təqdim edəcəklər. Əgər yeni heç bir şey yoxdursa, köhnə məlumatlardısa, o zaman deyə bilərik ki, həmin məlumatlara hüquqi qiymət verilərək müəyyən qərarlar qəbul edilib və istintaq bitmiş hesab olunur. Müəyyən sosial şəbəkələrdə bu məsələ mütəmadi olaraq gündəlikdədir. Hesab edirəm ki, əgər prokurorluğun yaratdığı yeni istintaq qrupuna hansısa məlumatlar daxil olsa, o məlumatlara Azərbaycan qanunları çərçivəsində hüquqi qiymət verilərək, müəyyən qərar qəbul edəcəklər. Əgər hər hansısa bir yeni məlumat olmayacaqsa, yeni yaradılan istintaq qrupu yeni heç bir məlumat daxil olmadığından öz işini bitirəcək. Bu o demək deyil ki, istintaq qrupu yaradılıbsa, bu saat kimisə məsuliyyətə cəlb edəcəklər. Əgər məsuliyyətə cəlb etmək üçün səbəb varsa, təbii ki, o insanlar qanun qarşısında məsuliyyətə cəlb olunacaqlar. Bir daha qeyd etmək istəyirəm ki, bu prokurorluq tərəfindən insanları narahat edən məsələyə bir diqqət kimi qəbul edilməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov güman edir ki, istintaq erupunun yaradılması bir başa Prezidentin göstərişi ilə yaradılıb:



"Bildiyim ondan ibarətdir ki, vaxtı ilə ordu sıralarında xidmət edən şəxslərdən bir neçəsi, hansılar ki, ölkə başçısı ilə görüşlərdə iştirak ediblər, onlar öz kanalları vasitəsilə ölkə rəhbərinə müraciət ediblər. Onlar zərərçəkmişlərdən bir neçəsidir. Həmin şəxslər müraciət ediblər və ölkə başçısı da bu məsələnin hər tərəfli və obyektiv araşdırılması göstərişini verib. Bildiyim məlumat bundan ibarətdir. Lakin mənim yanaşmam ondan ibarətdir ki, kimliyindən aslı olmayaraq, əgər kiminsə günahı, cinayəti varsa o qanun qarşısında cavab verməlidir. Vaxtı ilə özüm də ordu sıralarında xidmət keçdiyim zaman vəzifəli şəxslərin belə haqsızlıqları ilə üzləşmişəm. Amma qanunlar çərçivəsində sona qədər, konstitusion hüququmdan istifadə edib, haqqın, ədalətin bərpa olunmasına nail olmuşam. Çünki bu məsələ ilə bağlı çoxlu müzakirələr var. Bu fikirlərin birdəfəlik, obyektiv şəkildə aradan qaldırılması üçün məsələyə hüquqi qiymət verilməsinin tərəfdarıyam. Kimliyindən asılı olmayaraq istər əsgər, istər zabit, istər general, istər mülki şəxs olsun, fərq etməz, o adam məsuliyyətə cəlb olunmalıdır ki digərləri doğru-düzgün nəticə çıxarsınlar. Onu da qeyd edim ki, hər hansı bir ciddi faktlar, məqamlar var ki, yeni istintaq qrupu yaradılıb. Məsələyə aydınlıq gətirilməsi üçün uzun müddətdir ki, insanlar müraciət edirdilər. Əgər bu müraciətlərə müsbət yanaşılıbsa, mənə elə gəlir ki, araşdırmanın da nəticəsi cəmiyyətə açıqlanacaq”./Baku Post

7News.Az

RƏYLƏR