Putin G20 sammitində iştirak etməyəcək

OXUNUB: 212 Özəl DÜNYA

Gələn həftə Balidə keçiriləcək G20 Sammitinin rəsmiləri Rusiya lideri Putinin sammitdə iştirak etməyəcəyini açıqlayıb. Rusiya nümayəndə heyətinə Lavrovun başçılıq edəcəyi bildirilib.

7NEWS.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin gələn həftə İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammitində iştirak etməyəcəyi bildirilib. G20 Sammitinin rəsmilərindən olan Luhut Binsar Pandjaitan İndoneziyanın Denpasar şəhərində jurnalistlərə bildirib ki, sammitdə Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

7NEWS.az

RƏYLƏR