Putin Krım körpüsünü nəqliyyatın hərəkəti üçün açıb

OXUNUB: 134 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Mercedes” markalı rəsmi avtomobilin sükanı arxasına keçərək körpünü bir başdan o biri ucdan keçən Putin onu müşayiət edən baş nazirin müavini Marat Hüsnülinə məsləhətlər verib. Körpünün qısa müddətdə təmir olunmasından məmnunluğunu ifadə edən Rusiya lideri "Qısa müddətdə körpü yenidən fəaliyyətə başladı. İştirak edənləri təbrik edirik. Lakin Rusiyanın Krımla alternativ və təhlükəsiz ikinci əlaqəsi də olmalıdır. Ona görə də yenidən işə başlayan körpüdən başqa, materikdən Krıma gedən başqa hamar yol olmalıdır”-dedi. Putinin qeyd etdiyi ikinci quru marşrutu Ukraynanın sentyabrın 30-da Moskva tərəfindən ilhaq edilmiş Donetsk, Zaporojye və Xerson vilayətlərindən keçir.

7NEWS.az

RƏYLƏR