Qazax rayonunda: Rəcəb Babaşovla Elşad Hacıyevin çirkin əlləri kəsilməlidir - VİDEO İDDİA

OXUNUB: 399 Özəl GÜNDƏM HADİSƏ
Qazax rayon sakini 60 yaşlı İbrahimov Təyyar Heydər oğlu Dəryaz qəzetinin redaksiyasına video-müraciət edərək bildirir ki, xeyli müddət xarici ölkələrdə, Rusiyada əziyyətə qatlaşaraq qazandığı pulla on il bundan qabaq Qazax şəhəri Əliağa Şıxlinski D16 ünvanda yerləşən köhnə yanacaq doldurma məntəqəsini 200 min manata notariat qaydasında satın almışdır.

Obyektin onun adına kupçası, texniki pasportu vardır. YDM-nin ərazisi həm sabiq icra başçısı Rauf müəllimin, həm də hazırki rayon rəhbəri Rəcəb Babaşovun vaxtında dəfələrlə ölçdürülüb və sahibkarın rəsmən ona məxsus ərazidən artıq sahəsinin olmadığı təsdiqlənib. Lakin o, öz işini qurmağa başlar-başlamaz vəzifəli şəxslərin yaratdıqları süni maneələrlə rastlaşıb. Sahibkarın sözlərinə görə, hələ 5 il bundan əvvəl Prezident İlham Əliyev Qazağın Kosalar kəndinə çəkilən asfalt yolun açılışına gələn ərəfədə RİH başçısının göstərişi ilə başçının sabiq müavini Tahir müəllim onun yerinin üstünə gələrək yol kənarına 100 ədəd şam ağacı basdırmağı tapşırıb.

Təyyar İbrahimov rayonun rəhbər işçiləri nə deyiblərsə, yerinə yetirib – 100 şam aöacı basdırıb, 100 ədədə reyka vurdurub. Obyektdə sahibinə məxsus materialları da gizlətdiriblər ki, ölkə başçısı yoldan ötəndə ətrafda mənzərə xoşagəlimli olsun: "Lakin cənab Prezident Qazağa gəlib-qayıdandan sonra heç Tovuzu, Şəmkiri çıxmamış mən əkdiyim şamları da, reykaları da icra hakimiyyətinin və şəhər bələdiyyəsinin işçiləri məhv elədilər. Sonradan məlum oldu ki, ağacların yerini satmaq məqsədləri varmış”.

İş adamı bildirir ki, son dörd-beş ildə Əmlak Komitəsinə və başqa qurumlara yazılı müraciətlər etsə də, vəziyyət yalnız mənfiyə dəyişib: "Bakıya gedib-qayıdandan sonra gördüm ki, mənim yerimin kənarına polislər düzülüb. Soruşdum, səbəb dedilər ki, bəs burada Şəhid Bulağı inşa olunacaq. Bildirdim ki, bura ərazisinin hüdudları ta 1963-cü ildən müəyyən olunmuş yanacaq doldurma məntəqəsinin giriş-çıxış hissəsidir və mənə məxsusdur. Məhəl qoymadılar.

Başçının qəbuluna getdim. Başçı mənə böyük hörməti olduğunu dedi və arxayın etdi ki, bələdiyyə sədri Tofiq müəllim sənlə danışacaq, yolu açarlar. Bir ay yol bağlı qalandan sonra Tofiq müəllim zəng elədi ki, bəs orda darvaza yeri var, oranı aç. Ölçüb darvaza yeri hördüm, iki ədəd künclük inşa etdim. Təsəvver edin, öz mülkümə təzədən icazə aldım. Ümidlərim çox tez qırıldı. Guya Qarabağ əlili olan, əlində dəlilik kağızı gəzdirən biri peyda oldu — Hüseynov Arif Sabir oğlu. Mən Bakıda olduğum vaxt obyektin giriş hissəsini gecəylə traktorla qazdırdığından xəbər tutdum. Eşidib gəldim.

Məni xəbərdar etdilər ki, sən nevrozsan, istəyirlər ki, Arifi vurasan, səni içəri salalar. Arifi görüb tutduğu işin səbəbini soruşdum. eşitdim gəldim burda mənə dedilər ki, sən nervozsan naroşnı eliyirlər ki sən onu vurasan səni içəri salalar. Arifdən tutduğu işin səbəbini soruşdum, cavab verdi ki, bəs sərxoş olmuşam, nə etdiyimi bilməmişəm. İndi həmin o səhvən qazdırmışam dediyi yeri saxta sənəd düzəltdirərək başqasına 20 min manata satıb. İcra başçısı özü möhürü ilə mənim üçün layihə təsdiqləyib ki, 40 metr uzunluqda, 12 metr enində olan yerdə avto-yuma sahəsi üçün naves tikdirim. Təəccüblüdür ki, başçı indi həmin yeri də satıb.

Bundan başqa, icra başçısı Heydər Əliyev Parkının sağında, körpünün uc hissəsində yanacaq məntəqəsi tikdirib satıb. Parkın sol hissəsi qəssabxanaya verilərək iyrənc yerə çevrilib. Qəbiristanlığın giriş hissəsini obyektaltı olaraq satıb, obyekt demək olar qəbirə bitişib. Şəhərdə səkilər satılıb. Mənim yerimin qabağında, düz asfaltın kənarında 98 metr uzunluqda yeri satdıraraq obyekt altına verib. Həmin obyektlər bir-birinə o qədər bitişikdir ki, arasından mismar belə keçə bilməz. Sonra yenə başçının qəbuluna getdim, mənə yol verdirdi. Bələdiyyənin işçilərinə – sədr Tofiqə, müavini Aydına göstəriş verdi ki, gedin ölçün, yerini özünə verin.

Müavin Tahir — indi işdən çıxıb, — dedi ki, "Təyyar, dilinin altına konfet qoy”. Gəldik yerin üstünə, bunlar telefonu əlinə aldı: "Ay filankəs, gəl yerinə yiyə dur”. Bir 10 adam çağırdılar. Aydının qolundan tutdum, başçının dediyini xatırlatdım. Vəzifəli şəxsin qolundan yapışdığım üçün polis məni apardı, 10 sutka yatdım. Mən yatan vaxtı traktorla bütün ağaclarımı məhv elədilər. Hansı ki, başında almalar qalmışdı. Hasarımı uçurdular. İndi də yerin qabağında tikinti gedir. Mənim yerimi ölşçüblər ki, burdan belə səınin yerindi. İndi ölçdükləri yerdə kotlavan qazılıb, o da mənim yerimə düşüb. Satdıqları şəxs guya şəhid ailəsidi. Hansı ki, bir nəfər belə şəhid ailəsi yoxdu yer alan. Biri məhkəmədə işləyən Mehmandı, digəri onun əmisi oğlu Qabildi, o biri avtoşkolanın direktoru Cəfərdi, Əzizbəyli kəndindən Xəyyamdı – kollec direktoru Elşadın qohumu. Yolun ortasında hündür binalar tikiblər. Elşad isə deyir mənim kürəkənim alıb yeri, mənə dəxli yoxdu. Hansı ki, Elşad onun — bunun adına alır.

"Mənəm mənəm” deyir, dosta, salam — əleykə, kəsdiyi çörəyə hörmət qoyan adam deyil. Bu dəqiqə mənim yerimin qabağında 4 metr dərinlikdə kotlovan qazılır. Düz asafaltın qırağıdı. Nə tikildiyi bilinmir, 3 metr mənim yerimə girib. Gecə traktorla Elşad yıxdırır ağacları. Mən üstünə gəlib çıxanda özü də oradaydı, məni görüb "Land Kruiser” maşınını sürüb getdi. Heç kəs ona heç nə demir. Mən öz kupçalı yerimdə əlimə bel alan kimi hamısı gəlib tökülürdü. Gör indi gəlirlərmi? Çünki hamını yedirib doydurub. Qazağın yarısı onundu, 100 minlik maşınlar sürür, sürüynən mal-qarası, ferması var. Yuxarı istansiyalara vurduğum teleqramlara, aidiyyəti qurumlara yazxdığım məktublara cavab verilir ki, araşdırılacaq. Nəticə də budur: Məni məhv elədilər, qoymadılar sahibkar kimi fəaliyyət göstərim.

Mənim 283 qoyunumu, 32 inəyimi "Kepeze” də (müvəqqəti saxlama məntəqəsinə — red.) saxlanıldığım vaxt Dəmirçilər kəndində çoban atdı qaçdı. Boynuna aldısa da, sabiq prokuror Əlirza Babayev məsələni düz beş il uzatdı. 104 min manat düşdüyüm ziyanın qarşısında 28 min manat pul yığıldı, əlimə çatmadı. Həmin adam indi də ona-buna ata-ata gəzir. Yalnız 3 dəfə apelyasiya şikayətim olandan sonra ona cinayət işi açıldı. General Namiq Əsgərov rayonda qəbul keçirəndə onunla görüşə bildim. Tapşırsa da, xeyri olmadı.

Əksinə, prokuror mənə rişxənd etdi ki, "çox gedib-gəlirsən, gərək sənə burda bir kabinet təşkil edək”. Yaşamaq mümkün deyil. Canımdan bezmişəm. Prezident Administrasiyasında Zeynal Nağdəliyevin qəbuluna yazılmışam, Fuad Ələsgərovun qəbiluna yazıldım, heç birinin üzünü görə bilmədim, əvəzində gənc, təcrübəsiz işçilər məni qarşıladılar. Məni Ariflə üz-üzə gətirmək istəyirlər ki, onu vurum, içəri salsınlar. Rəcəb Babaşova demişəm ki, bir də məni tutdursa, çlışısın içəridə öldürtsün”.

Məsələ ilə əlaqədar mövqeyini öyrənmək üçün Qazax Sosial-İqtisad Kollecinin direktoru Elşad Hacıyevə zəng vurduq. Ondan şikayət edənin ünvanına nalayiq söyüşlər söyərək bildirdi ki, onun özünün adına obyekt yoxdur, kürəkəni deyilən şəxs şəhid ailəsinin üzvüdür: "Dövlət ona 11 min manat "qan pulu” verib, bəyəm o, həmin pula obyekt ala bilməzmi?””

Sahibkar bildirir ki, onun ədalət uğrunda haqlı mübarizəsinin nəticəsi olaraq Gəncə apellyasiya məhkəməsinin çıxardığı, dəyişdirilməsinin mümkün olmadığı qeyd olunan qərarı Qazax rayon məhkəməsinin sədri Fəxri Məmmədov aylar uzunu gizlədib ortaya çıxarmayıb. Üstü açılsa da, icraya yönəltmir. Çünki bütün hüquq-mühafizə, cinayət təqibi və məhkəmə sistemi Rəcəb Babaşovun sifarişini yerinə yetirir./Deryaz.az

RƏYLƏR