Qətər 2026-cı ildən Almaniyaya təbii qaz tədarük edəcək

OXUNUB: 255 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Qətərin dövlət neft və qaz şirkəti QatarEnergy, ABŞ-ın enerji nəhəngi ConocoPhillips ilə 2026-cı ildən başlayaraq ən azı 15 il müddətinə Almaniyaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etmək üçün müqavilə imzalayıb. Müqavilə çərçivəsində Qətərin əsas mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş qaz istehsalı mərkəzi olan Ras Laffandan Almaniyanın LNG terminalı Brunsbuettele ildə 2 milyon ton LNG tədarük ediləcək. Qətərin energetika naziri və QatarEnergy-nin baş direktoru Saad əl-Kaabi ConocoPhillips-in baş direktoru Rayan Lans ilə birgə mətbuat konfransında  "Qətər siyasəti biznesdən ayırır, bu gün ABŞ şirkəti ilə Almaniyaya maye qazın satışına dair müqavilə imzalanıb" deyib. Müqavilənin Almaniyanın uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirən nazir Saad əl-Kaabi, "Almaniya Avropanın ən böyük qaz bazarını təmsil edir. Biz həmçinin (Almaniyanın) enerji təhlükəsizliyini dəstəkləməkdə qərarlıyıq” - deyə bildirib.

7NEWS.az

RƏYLƏR