Qırğızıstan parlamentinin binasında yanğın baş verib

OXUNUB: 283 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Bişkekdə parlament binasında yanğın baş verib. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin Mətbuat Mərkəzindən verilən açıqlamada bölgəyə 6 yanğınsöndürən maşının göndərildiyi və yanğına dərhal müdaxilə edildiyi bildirilib. Binada olan işçilər təxliyə edilib. Yanğının böyümədən söndürüldüyü, ölən və yaralananların olmadığı bildirilib. Yanğın zamanı deputatların binada olmadığı və Qırğızıstan prezidenti Sədr Çaparovun da iştirak etdiyi Xalq Konqresinin iclasında olduqları öyrənilib.

7NEWS.az

RƏYLƏR