Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda ölənlərin sayı 94-ə yüksəlib

OXUNUB: 234 Özəl DÜNYA
Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda ölənlərin sayı 94-ə çatıb. Qırğızıstanda 59, Tacikistanda 35 nəfər ölüb.

7NEWS.az xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada qarşıdurmalarda daha 13 nəfərin həyatını itirdiyi və Qırğızıstan bölgəsində ümumi itkilərin 59-a yüksəldiyi bildirilib. Nazirlik toqquşmalarda yaralananların sayının 1 nəfər artaraq 144-ə çatdığını da açıqlayıb. Tacikistanın verdiyi açıqlamada qarşıdurmalarda 35 nəfərin həyatını itirdiyi, 30 nəfərin isə yaralandığı bildirilib. Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalarda ölənlərin sayı 94-ə, yaralıların sayı isə 174-ə yüksəlib.

7NEWS.az

RƏYLƏR