Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı 48-ə çatıb

OXUNUB: 194 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, sentyabrın 14-17-də Qırğızıstan-Tacikistan sərhəd xəttində iki ölkə arasında baş verən qarşıdurmada insan itkiləri artır. Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada qarşıdurmalarda daha 10 nəfərin həyatını itirdiyi, qırğızların ümumi itkisinin isə 46-ya yüksəldiyi bildirilib. Nazirlik toqquşmalarda yaralananların sayının 11 nəfər artaraq 143 nəfərə çatdığını da açıqlayıb. Tacikistan rəsmi olaraq indiyə qədər 2 əsgərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.

7NEWS.az

RƏYLƏR