Iqtisadi.az xəbər verir ki, bir müddət əvvəl mətbuatda "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilmişdi. Redaksiya olaraq əməkdaşımızı həmin əraziyə ezam etdik. İlk növbədə "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş Kristal Abşeronun əməkdaşları ilə birlikdə əraziyə baxış keçirildi. Yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilmişdir. Şəkillərdə də görüntüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissəsində dəmir list dəyişdirilir. Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında millimetr qədər belə zədə yoxdur. Binada istifadə olunan armaturlar Rusiya istehsalı A500 markadır, beton isə M400 markadır. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq.
Ana səhifə
/
GÜNDƏM / Özəl / İQTİSADİYYAT / “Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
"Bravo"da 4,99 manatlıq məhsul 7,95 manata satıldı - "Azərbaycan Supermarket" cərimələndi
06.10.2026, 20:07 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri: hansı imkanlar var? – ƏTRAFLI
02.10.2026, 15:59 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!
29.09.2026, 18:23 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?
26.09.2026, 12:52 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Gömrük orqanları sahibkarların belini qırır...
16.09.2026, 20:27 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
16.09.2026, 15:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir
07.09.2026, 15:49 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT

























