7NEWS.az xəbər verir ki, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) sonuncu lideri Mixail Qorbaçov dünən paytaxt Moskvada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qorbaçovun ölümündən sonra dəfn mərasiminin təfərrüatları aydınlaşmağa başladı, Qorbaçov Fonduna və ailəsinə ən yaxın adlardan biri olan jurnalist Aleksey Venicetov isə şənbə günü Qorbaçov üçün dəfn mərasiminin keçiriləcəyini açıqladı.
7NEWS.az