“Qubadın, “abzasçılar”ın məhkəməsində elə sirrlərin üstü açılacaq ki...” - DEPUTAT

OXUNUB: 688 GÜNDƏM Özəl SOSİAL


"Qubadın da, "abzasçılar”ın da məhkəməsində elə sirrlərin üstü açılacaq və elə sübutlar ortalığa qoyulacaq ki, bax o zaman hər kəs əslində nələrin baş verdiyini və bu insanların heç də radikal, qaraguruh müxalifətin iddia etdiyi kimi günahsız-filan olmadığını görəcək!” –  7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Azərbaycanda siyasi mənsubiyyətinə görə kimsə həbsə atılmır, kimsə təqib olunmur.  Ölkəmizdəki demokratiya ən üst səviyyədədir və hamının da söz, fikir azadlığı var. Sadəcə bəziləri hesab edirlər ki, onlar siyasi mənsubiyyətlərinin kölgəsində gizlənərək hər şey edə bilərlər, öz cinayət əməllərini siyasi fəaliyyət adı altında gözdən yayındıra, gizlədə bilərlər. Xeyr! Elə deyil. Mümkün deyil. Belə olması imkansızdır. Çünki, qanun hamı üçün qanundur. Siyasətçi üçün də, müəllim üçün də, jurnalist üçün də.

Üstəlik, mən düşünürəm ki, cinayətlərin ən böyüyü dövlətə qarşı törədilən cinayətlərdir və bu cür əməllər sübuta yetirilərsə onu törədənlərə ən ağır cəzalar verilməlidir.

Gözləyək. İstintaq gedir. Hər halda çox qalmayıb. Yekunda kimin kim olduğuna , daha dəqiq desəm: kimin hansı yuvanın quşu olduğuna hamı şahidlik edəcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR