Qüdsdə bir-birinin ardınca partlayış baş verib: 14 YARALI

OXUNUB: 198 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yerusəlimdə səhər saatlarında iki partlayış baş verib. İsrail polisi ilk partlayışın Qərbi Qüdsün girişində yerləşən Givat Şaul bölgəsindəki avtobus dayanacağında yerli vaxtla saat 07:06-da baş verdiyini, 2-si ağır olmaqla ən azı 11 nəfərin yaralandığını bildirib. Yarım saat sonra Yerusəlimin başqa bir girişi olan Ramot qovşağında avtobus dayanacağı yaxınlığında növbəti partlayış baş verib və 3 nəfər yaralanıb. Bildirilib ki, hadisə yerində olan polis qrupları araşdırmalarını davam etdirir.

7NEWS.az

RƏYLƏR