Ramil Həsən Ucarda seçiciləri ilə görüşəcək - FOTOLAR

OXUNUB: 354
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 23 sentyabr 2021-ci il tarixində Ucar rayonuna seçiciləri ilə görüşmək üçün səfər edib.
 
Səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva, "Davam" Gənclər Təşkilatının sədri Nihad Allahyarlı və Ucar Gənclər Evinin direktoru Elamin Dibirovla birlikdə ilk öncə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.
Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon İcra Başçısı Mənsur Məmmədovla görüşmüş, rayonda görülən işlər və qarşıya çıxan çətinliklərlə bağlı fikir mübadiləsi aparmış, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva və partiya fəalları ilə bir araya gəlib, gələcəkdə həyata keçiriləcək işlər və fəaliyyətləri müzakirə etmişdir.
Milli Məclisin deputatı Ramil Həsənin Ucar rayonundakı görüşləri 23 sentyabr tarixində gün ərzində davam edib, ilk öncə pandemiya tələblərinə uyğun olaraq Ucar Gənclər Evində açıq havada gənclərlə görüşüb, eyni zamanda Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilər ilə bir araya gəlib onların təklifləri, tələbləri və şikayətləri ilə bağlı dinləmələr həyata keçirilib. Daha sonra Ucar rayonunun kəndlərində səyyar görüşləri çərçivəsində Pirkənd kənd Tam Orta Məktəbinin həyətində Pirkənd, Qaracallı, Küçəkənd və Yuxarı Şilyan kəndlərinin vətəndaşlarını qəbul edib. 

Qeyd edək ki, Ucar rayonundan Milli Məclisə deputat seçilmiş Ramil Həsən mütəmadi olaraq seçicilərlə bir araya gəlir, onların tələbləri, təklifləri və eyni zamanda qarşılaşmış olduqları problemlərlə bağlı dinləmələr həyata keçirir və qanunvericiliyə uyğun formada əhalinin haqlı tələblərinin yerindəcə həll olunması, müvafiq qurum və strukturlara çatdırılması ilə bağlı aktiv şəkildə fəaliyyət göstərir.
 
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR