Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır

OXUNUB: 961 KÖŞƏ index-manşet
Ötən il Tiflis səfəri çərçivəsində Prezident İlham Əliyev "Qafqaz evi" yaradılması təşəbbüsünü irəli sürdü.

"Qafqaz evi" nədir?

Hələ ötən əsrin əvvəllərində Mirzə Fətəli Axundov, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi ziyalılarımız "Qafqaz evi"nin yaradılması ideyası ilə çıxış edir və bu təşəbbüsün həyata keçməsi üçün ciddi səy göstərirdilər.

"Qafqaz evi" Qafqaz xalqları arasında əməkdaşlığın inkişafı və keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, bərəbər yaşayışın yeni modelinin tətbiqini nəzərdə tutur.

44 günlük vətən müharibəsindən qabaq Prezident Əliyevin Ermənistana çağırışı, işğaldakı torpaqların azad edilməsini tələb etməsi, tarixi Zəfərdən sonra sülhyaratma missiyasına sadiqliyi, erməni mənşəli vətəndaşlarımızın reinteqrasiya istiqamətində fəal addımları fonunda ortaya çıxan mənzərə budur ki, regionda real barışığı təmin edəcək lider yetişib.

Nizamlı və praqmatik siyasət, böyük strateq, qalib sərkərdə, hər zaman sözünü tutan lider... hansı ki, bu keyfiyyətləri çox az siyasətçi əxs edib və İlham Əliyev nəinki regionun, dünyanın mahir siyasətçisi kimi qəbul olunur. 

Tarixi Zəfər regiona və dünyaya yeni reallıqlar bəxş edir... İrəli Azərbaycan!

Azər NİFTİYEV
Politoloq

RƏYLƏR