“Ürəyin istəmir, alma...” - “Fresco” market müştəriləri belə aldadır

OXUNUB: 1045 GÜNDƏM TƏHLİL

Bakıda daha bir  market müştərini aldatmaq istəyib.

Bu barədə  "Qafqazinfo”ya  Mircəlal  Məcidov  şikayət edib. O bildirib ki,   "Fresco” marketin  Nəsimi  rayonu, S.Rəhimov küçəsi, 179A ünvanında yerləşən  filialında  satıcıların qanunsuz  hərəkəti ilə üzləşib:

"Hər gün  bu  marketdən  alış-veriş  edirəm. Hər  dəfə  də  meyvə  bölümündə problemlə  rastlaşıram. Satıcılar  ucuz  meyvənin  üzərinə  baha  meyvənin qiymətini  vurur. Bu  hal  birinci  dəfə  deyil. Bundan  əvvəl  də  bir  neçə  dəfə belə  hal  yaşanmışdı. Bu  gün  piştaxtada  qiyməti  2.58 olan  şaftalını  daha  baha, 2.75  qəpiyə  satdılar. Satıcıdan  niyə  baha  qiymət  yazdığını  soruşduqda kobud  şəkildə  cavab  verdi. Dedi  ki, ürəyin istəmir, alma. Biz  beləyik”.

Şikayətçi  daha sonra  supermarketin  cavabdeh şəxslərinə məlumat versə də, problemin həll olunmadığını qeyd edib:

" Şikayətimi  marketin Yuliya  adlı  qadın  əməkdaşına  da  bildirdim. Sadəcə  susub, baxırdılar. Heç  bir  söz demədilər".

M. Məcidov qarşılaşdığı  qanunsuzluqla  bağlı  İqtisadiyyat  Nazirliyinin  Antiinhisar  Siyasəti  və  İstehlakçıların  Hüquqlarının  Müdafiəsi  Dövlət  Xidmətinə  rəsmi şəkildə şikayət etdiyini də bildirib. 

 

İcmal.Az

RƏYLƏR