"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının 22-ci turunda, "Levante" ilə qarşılaşma zamanı videokameraların obyektivinə tuş gəlib.
Bu barədə "ESPN" məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu, 32 yaşlı futbolçunun xoşuna gəlməyib və o, operatora müraciət edib. "Məni çəkməyin mənası yoxdur. Oyunu çək", - deyə hücumçu bildirib.
Qeyd edək ki, Ronaldu Valensiyadakı matçın 82-ci dəqiqəsində, "Real" hesabda 2:1 irəli olarkən əvəzlənib. Lakin oyun 2:2 hesabı ilə başa çatıb./report
İcmal.Az