Rusiya 100 Kanada vətəndaşına qarşı sanksiya tətbiq edib

OXUNUB: 179 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiyanın idarəetmə, biznes, ətraf mühit və mədəniyyət nümayəndələrinə, siyasətçilərə, deputatlara və ekspertlərə qarşı sanksiyalarını davam etdirdiyi bildirilib. Buna cavab olaraq 100 kanadalı sanksiya siyahısına salınaraq Rusiyaya girişi qadağan edilib və sözügedən adların siyahısı dərc edilib. Siyahıya Kanadanın yüksək rütbəli məmurları ilə yanaşı, iş adamları, fəallar, mətbuat və maliyyə qurumlarının nümayəndələri də daxil edilib. Sanksiya siyahısında məşhur kinoaktyor Cim Kerri də var. Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də 200 ABŞ vətəndaşının da sanksiya siyahısına salındığını və ölkəyə girişinin qadağan edildiyini bildirib.

7NEWS.az

RƏYLƏR