Rusiya 50 min əsgər ilə təlimlərə başladı

OXUNUB: 435 Özəl DÜNYA
Ukraynaya qarşı müharibə davam edərkən Rusiya 50 min əsgər ilə hərbi təlimlərə başladı. Təlimdə Çin və Hindistan da iştirak edir.

7NEWS.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, hərbi təlimdə Çin, Hindistan və Monqolustan, o cümlədən Belarus da daxil olmaqla bir çox keçmiş Sovet İttifaqı ölkələri iştirak edir. Təlim Qərblə gərginliyin artdığı bu dövrdə Moskvanın tərəfdaş və müttəfiq ölkələrlə həmrəy olduğunu göstərmək cəhdi kimi şərh edilir.

7NEWS.az

RƏYLƏR