Rusiya Avropa qazını Çinə yönəldəcək

OXUNUB: 296 Özəl DÜNYA
Rusiyanın energetika naziri Avropaya satılan qazın Çinə yönəldilməsi üçün yeni boru kəmərinin çəkiləcəyini açıqlayıb. Tikintisinə 2024-cü ildə başlanacaq "Sibirin Gücü 2" xəttinin "Şimal axını 2"-ni əvəz edəcəyi gözlənilir.

7NEWS.az xəbər verir ki, Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, planlaşdırılan "Sibirin Gücü 2” boru kəməri "Şimal axını 2” qazını əvəz edəcək. Rusiya ilə böhrandan sonra Almaniya, tamamlanan lakin istifadəyə verilməyən "Şimal axını 2”nin təsdiq prosesini ləğv etmişdi.

7NEWS.az

RƏYLƏR