Rusiya: “Biz taxıl ixracına heç vaxt mane olmamışıq”

OXUNUB: 252 Özəl DÜNYA
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya heç vaxt Ukraynanın taxıl ixracına mane olmayıb və problemin səbəbi "Kiyevin gəmiləri vurmaq təhlükəsi" olub.

7NEWS.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Rusiya heç vaxt Ukraynanın Qara dəniz limanlarından taxıl ixracına mane olmayıb”. Əksinə, biz Qara dənizdə və Azov dənizində iki humanitar dəniz dəhlizini təmin etmək üçün əlimizdən gələni edirik. Problem yüksək mina təhlükəsi və Kiyevin gəmiləri vurması təhlükəsidir. Bu, ərazi sularında təhlükəsiz naviqasiyanı qeyri-mümkün edir.

7NEWS.az

RƏYLƏR