Rusiya Mərkəzi Bankı faiz dərəcəsini sabit saxladı

OXUNUB: 307 Özəl DÜNYA
Rusiya Mərkəzi Bankı siyasət dərəcəsini dəyişməyib və faiz dərəcəsini 7,5 faiz səviyyəsində saxlayıb.

7NEWS.az xəbər verir ki, bankdan verilən açıqlamada Rusiya iqtisadiyyatında tələb və təklif elementləri ilə bağlı problemlərin davam etdiyi bildirilib. İnflyasiyanın artımının aşağı səviyyədə qaldığına diqqət çəkilərək, ictimaiyyətin və iş dünyasının inflyasiya gözləntilərinin yay dövrü ilə müqayisədə artdığı qeyd edilib. İl sonu inflyasiyanın yüzdə 11-13 arasında olacağına diqqət çəkən açıqlamada, "Rusiya Mərkəzi Bankı heç bir dəyişiklik etmədən siyasət faizini dəyişməyərək yüzdə 7,5 səviyyəsində saxlamağa qərar verdi” deyə bildirilib.

7NEWS.az

RƏYLƏR