Rusiya Türkiyə münasibətlərində Ərdoğan Atatürkün zamanında buraxdığı səhvləri buraxmaz

OXUNUB: 555 DÜNYA
Rusiya Türkiyənin müttəfiq ölkələrə çevirilməsi artıq bir çox ölkələr tərəfindən, əsasən də güc dövləti olan Amerika Birləşmiş Ştatları tərəfindən aqressiya ilə qarşılanır. Bu müttəfiqliyin Azərbaycan üçün hansı nəticələr doğuracağı da sual altındadır. 

Əl-əlxsus da Qarabağ məsələsində söz sahibləri olan bu ölkələrin münasibətlərinin sahmana düşməsi münaqişənin həllinə və ədalətli qərar çıxarılacağına təkan verəcəkmi? Bu barədə BiG.AZ-a danışan hərbi ekspert Ramil Məmmədli Rusiya Türkiyə arasındakı hərbi münasibətlərdən və bunun regiona təsirindən söz açıb: 

"Son günlər regionda baş verən hərbi-siyasi gərginlik Rusiya Türkiyə münasibətlərindən də yan keçməyib. Bu ölkələr arasında 2015-ci ilin oktyabr ayında Rusiyaya məxsus SU-24 bombardımançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginlik pik həddə çatdı və münasibətlərin yumşaldılması istiqamətində bir çox ölkələr vasitəçilik etdilər. Eləcə də Azərbaycan iki ölkə arasındakı münasibətlərin qaydaya salınmasında mühüm rol oynadı. Bu münasibətlərin yumşalması Rusiya ilə Türkiyənin hərb sahəsində əməkdaşlığına gətirib çıxartdı. Hətta biz Rusiya istehsalı olan S-400 raket kompleksinin Türkiyə tərəfindən alınması ilə bağlı razılaşma masasına da oturduğunun şahidi olduq. Artıq bu günlərdə məlum oldu ki, zenit raket kompleksinin alınması ilə bağlı qiymətlər də razılaşdırılıb. NATO-nun təzyiq və etirazlarına rəğmən Türkiyə Rusiyaya məxsus zenit raket kompleksinin alınması ilə bağlı öz iradəsinin ortaya qoydu. 

Buna qədər isə Türkiyə ilə Rusiya Suriya probleminin həllində, İŞİD terrorçu qruplaşmasının zərərsizləşdirilməsində birgə iştirak etdilər və bu proses uğurla yekunlaşdı. Bundan sonra da prosesin davame tdirilməsi ilə bağlı birgə qərar qəbul edildi. Bəs bütün bu proseslərin bizə nə kimi təsirləri ola bilər?".

-Bu proseslərin Qarabağ probleminə nə kimi müsbət və mənfi təsiri ola bilər? 

-Hesab edirəm ki, Azərbaycanın strateji müttəfiqi olan, Azərbaycana çox yaxın olan bir ölkənin, bir qonşu dövlətin, münaqişənin həlli istiqamətində söz sahibi olan rəsmi Moksva ilə yüksək səviyyədə dostluğu və sıx münasibətlərin formalaşması Azərbaycan üçün müsbət təsir göstərəcək. 

Biz tarixi vərəqləsək bəzi neqativ hallarla rastlaşarıq. Belə ki, Çar Rusiyasının, Sovetlərin Türkiyə ilə, Atatürklə münasibətlərinin yaxşılaşdırılması Azərbaycan Xalq Cümhuriyəttinin süqutu ilə nəticələndi, Bolşevik Rusiyasının Azərbaycanı işğalı ilə nəticələndi. Lakin mən inanmıram ki, Ərdoğan hökuməti, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökumət, Türkiyə Dövlətinin bir zamanlar etdiyi səhvi təkrarlasın, Rusiya Türkiyə münasibətlərinin yaxınlaşması Azərbaycanın dövlət maraqlarına zidd xarakter alsın. Hesab edirəm ki, Rusiya Türkiyə münasibətlərinin nizama salınması ölkəmiz üçün yaxşı nəticələr verəcək, biz bunu gözləyirik. Hətta Ərdoğan çıxışlarında belə Putinlə Qarabağ məsələsi ilə bağlı dəfələrlə mövqeyini ifadə etdiyinin və bizim tərəfimizdən çıxış etdiyinin şahidi olmuşuq. 

Bu yaxınlaşma nəticəsində Qarabağ məsələsində söz sahibi olan rəsmi Moskvanın və rəsmi Ankaranın münqaişənin ədalətli yolla həllinə təkan verəcəyini hesab edirəm. 
 
İcmal.Az

RƏYLƏR