Rusiya və İran birgə PUA istehsal edəcək

OXUNUB: 372 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da "Washington Post” qəzeti Kreml rəhbərliyinin Rusiya torpaqlarında yüzlərlə pilotsuz silahlı hava aparatının istehsalı üçün Tehranla razılığa gəldiyini iddia edib.

Qəzet ABŞ və digər Qərb təhlükəsizlik qurumlarının kəşfiyyat məlumatlarına əsaslanaraq, Rusiya və İran rəsmilərinin noyabrın əvvəlində İranda keçirilən görüşdə razılaşmanı yekunlaşdırdıqlarını bildirib.

Məsələdən xəbəri olan üç məmur Rusiya və İranın istehsalın aylar ərzində başlamasına imkan verə biləcək dizaynları və əsas komponentləri təhvil vermək üçün sürətlə irəlilədiyini bildirib.

7NEWS.az

RƏYLƏR