Rusiyadan Finlandiyaya keçidlər artıb

OXUNUB: 310 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyada dünən elan edilən qismən səfərbərlik sonrası çaxnaşma davam edir. Finlandiya Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada səfərbərlik elan edildikdən sonra Rusiyadan Finlandiyaya keçidlərdə artım olduğu və gecə saatlarında sərhəddə hərəkətin sıx olduğu bildirilib. Finlandiya sərhəd mühafizəsinin beynəlxalq əlaqələr bölməsinin rəhbəri Matti Pitkaniitty sosial media hesabında dünən ölkənin şərq sərhədindən Finlandiyaya 4824 rusiyalının gəldiyini və bu rəqəmin ötən həftənin eyni günündə 3133 nəfər olduğunu bildirib.

7NEWS.az

RƏYLƏR