Rusiyanın Qazaxıstan və Özbəkistana “qaz ittifaqı” təklifi: YENİ PLAN

OXUNUB: 158 Özəl DÜNYA
Rusiya Qazaxıstan və Özbəkistanla "təbii qaz ittifaqı” yaratmağı planlaşdırır. Rusiyanın təklif etdiyi plana digər ölkələrə, o cümlədən Çinə qaz nəqlinin koordinasiyası daxildir.

7NEWS.az xəbər verir ki, Rusiyanın Qazaxıstan və Özbəkistanla "qaz ittifaqı” yaratmaq planını müzakirə etdiyi açıqlanıb. Üç ölkə arasında təbii qaz nəqlinə, eləcə də Çin də daxil olmaqla digər ölkələrə nəqlinə dəstək məqsədi ilə qurulması planlaşdırılan birlik ilə bağlı açıqlama Rusiya baş nazirinin müavini Aleksandr Novakdan gəlib. Reuters xəbər verir ki, Novak plan barədə ətraflı məlumat verməyib.

Qazaxıstan hökumətinin Rusiya təbii qazının idxal olunduğu şimal bölgəsinə qazax qazının çatdırılması üçün boru kəməri çəkmə planına toxunan Peskov, Rusiyanın Şərqi Sibirdə hasilatı artırdığını və Astananın xərcləmək əvəzinə rus qazını ala biləcəyini bildirib. 

Qazaxıstan prezidenti Kasım Comert Tokayev dünən Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tokayevin sözçüsü bu gün verdiyi açıqlamada, Putinin dünənki görüşdə qaz birliyi məsələsini gündəmə gətirdiyini, lakin ətraflı açıqlama verməyib.

7NEWS.az

RƏYLƏR