Müğənni-bəstəkar Ramal İsrafilov "Yuxumda görmüşəm səni” adlı yeni mahnısını təqdim edib.
Bəstənin müəllifi Pərviz Mahmudovdur. Bəstəkar bildirib ki, 2017-ci ilə olan sonuncu mahnısını Ramalın ifasında təqdim edir: "2017-ci il mənim üçün uğurlu oldu. 10 bəstə təqdim etdim. Mahnılar demək olar ki, sevildi. 2018-ci ilin də 4 mahnısını hazır etmişik. Onları Aygün Kazımova, Röya Ayxan və Günay İbrahimlinin ifasında eşidəcəksiniz. Ramalın oxuduğu bəstəmin sözlərini Fərdi Quliyev yazıb”./publika
İcmal.Az