Sabiq nazir Türkiyəyə aparılıb - YENİLƏNİB

OXUNUB: 517 SOSİAL

Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun Türkiyədə qaldığı xəstəxana məlum olub.

İcmal. Az-ın əldə etdiyi məlumata görə, onun səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasının "American Hastanesi”nə yerləşdirilib.

Sabiq nazirə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir "American Hastahane”sinin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır. 

Əldə etdiyimiz məlumata görə, Fazil Məmmədovun səhhəti ilə bağlı məsələlər ölkə Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.

16:27

Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun müalicə üçün Türkiyəyə aparılmasının təfərrüatı məlum olub.

İcmal.Az-ın əldə etdiyi məlumata görə, Fazil Məmmədov bir ay Gəncə Beynəlxalq Hospitalında müalicə alıb və yalnız bir neçə gün əvvəl Türkiyədə xəstəxanaların birinə yerləşdirilib. 

Sayta məlumat verən mənbənin sözlərinə görə, Fazil Məmmədov 1986-cı ildə Çernobıl faciəsi zamanı ora yardıma gedənlər arasında olub. Bədənində radioaktiv şüalarla bağlı problem yaranıb. Bu xəstəliklə bağlı uzun illər Almaniyada müalicə alıb.

Qeyd edək ki, sabiq nazirin Türkiyə aparılması barədə ilk məlumatı unikal.org saytı yayıb.

İcmal.Az

RƏYLƏR