Şagirdin döyülməsinə görə direktor da CƏZALANDIRILACAQ

OXUNUB: 301 SOSİAL HADİSƏ
Lənkəran Rayon Prokurorluğu məktəblinin döyülməsi ilə bağlı V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova barəsində tədbir görülməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimat göndərib.
Bu, Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb.

RƏYLƏR