Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü

OXUNUB: 1607 Seçilmiş GÜNDƏM HADİSƏ

"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.

İcmal.Az-ın "Report”a istinadən xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib.

Söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

Mənbələr onu da bildiriblər ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb. Amma indi, yeri gəlmişkən, bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: "100 milyondan çox manatı təcili  qaytar!”.

 

İcmal.Az

RƏYLƏR