“Şahruddin böyük qapıçıdır, onu qınaq obyektinə çevirmək olmaz” – DEPUTAT

OXUNUB: 3185 Özəl İDMAN SOSİAL
"Qarabağ” klubu qələbə qazananda necə onların yanında oluruqsa, məğlubiyyətlə üzləşdiyində də eyni şəkildə yanlarında olmalıyıq. Doğma komandamız "Nant”la əla oynadı. Sadəcə bəxti gətirmədi. Həmin gün şans fransızların yanında, tərəfində idi. Vəssalam. Başqa səbəb axtarmayaq.” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Şahruddinin də üstünə getməyi yanlış hesab edirəm. O, böyük qapıçıdır, olduqca məsuliyyətli və bacarıqlı oyunçudur. Bir səhvə görə insanı ittiham etmək, qınaq obyektinə çevirmək olmaz. Eyni zamanda unutmamalıyıq ki, "Qarabağ”ın bu yerlərə gəlməsində Şahruddinin çox böyük rolu və əməyi var.”- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR